Xaçmazda yaşayış evi yanğından mühafizə edilib

Xaçmaz rayonu, Üçgünqışlaq kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 32 kv.m olan talvarda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə talvarın yanar konstruksiyaları və altına yığılmış 3,6 ton ot bağlamasının 2 tonu, ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altında yığılmış 4,5 ton ot bağlamasının 2,5 tonu yanıb. Hər iki ot bağlamasının qalan hissəsi və yaxınlığda olan fərdi yaşayış evi yanğından mühafizə olunub. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31