Prokurorluq araşdırma aparacaq
27 Sentyabr 2012 14:29 KriminalMillət vəkili Gülər Əhmədovanın keçmiş ABU-nin eks-rektoru Elşad Abdullayevin orqan alveri ilə məşğul olması barədə Baş Prokurorluğa ünvanladığı müraciət araşdırılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultonov Modern.az-a bildirib.
Onun sözlərinə görə, Milli Məclis üzvünün müraciətinin və məlum videomaterialın araşdırılması haqqında prokurorluğa göstəriş verilib və istintaqın gedişindən asılı olaraq mediaya məlumatlar veriləcək:
"Hələki, araşdırmalar aparılır. Ona görə də hamı çox şey deyə bilər. Məlum məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Nəticələr bəlli olan kimi ictimaiyyətə geniş məlumat veriləcək".
Qeyd edək ki, Baş prokuror Zakir Qaralov millət vəkili Gülər Əhmədova ilə bağlı yayımlanan videoqalmaqala dair göstəriş verib. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videogörüntülərdən sonra millət vəkili Azərbaycan Beynəlxalq Unuversitetinin keçmiş rektorunu orqan alveri ilə məşğul olmaqda ittiham edib və bildirib ki, bununla bağlı materiallar Baş Prokurorluğa göndərilib.