Xüsusi təhlükəli erməni cinayətkarlar həbs edildilər

Rusiyanın Volqoqrad vilayətində beynəlxalq axtarışda olan canilər saxlanılıb

Rusiyanın Volqoqrad vilayətində xüsusi təhlükəli beynəlxalq canilər saxlanılıb. ANS PRESS-in volzsky.ru saytına istinadən verdiyi məlumata görə, canilər arasında erməni cinayətkar Tiqran Arutyunyan da var. O, muzdlu qatil kimi fəaliyyətinə görə, Belçika hökuməti tərəfindən beynəlxalq axtarışa verilib. Beynəlxalq miqyasda axtarışda olan canilərin arasında daha bir erməni də olub. Andranik Yeremyan isə Almaniya polisi tərəfindən bu ölkənin vətəndaşlarını qaçırdığına görə, beynəlxalq axtarışa verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31