Azərbaycanda ağır qəza: 1 ölü
27 Sentyabr 2012 14:28 KriminalHadisə ötən gecə, Yevlax-Bərdə avtomagistralının Bərdənin Divanlı kəndindən keçən hissəsində baş verib.
Bərdədə 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə ötən gecə, Yevlax-Bərdə avtomagistralının Bərdənin Divanlı kəndindən keçən hissəsində baş verib.
Kənd sakini Elmir Həsənovun idarə etdiyi "VAZ 21 011" markalı avtomobillə Bərdə istiqamətində hərəkət edən zaman Ağdərə sakini Loğman Ağayevin idarə etdiyi avtomobili ötmək istəyib.
Nəticədə avtomobillər toqquşub. Toqquşmadan sonra isə Elmir Həsənov idarəetməni itirdiyindən yolun kənarındakı maneələrə çırpılıb, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində 2 sərnişin yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31