Gəncədə 50 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı

Gəncədə intihar hadisəsi baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Afət Rüstəm qızı Həsənova ərazidə olan 9 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirsələr də, onu xilas etmək mümkün olmayıb. Hadisə şahidlərinin dediyinə görə, qadın Rusiyadan yenicə gəlib: "Birinci binamızın qabağından keçdi. Sonra bir kişidən telefon götürdü. Kiminləsə danışanda deyirdi ki, özümü öldürəcəm. Bir saat yarım burda durdu. Sonra bura çıxıb qışqır-bağır salmağa başladı. Bir də iki stəkan su istədi. Bütün adamlar qışqırırdı ki, gəl bura, özünü tullama. Cavab verdi ki, quşlara baxıram. Birinci "kaşlyokunu" tulladı. İçindən 6 manat pul çıxdı, bir də nömrə. Heç nə demədən özünü tulladı". Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31