Kimya fabriki yanır

Kocaeli vilayətinin Başıskele rayonunda yerləşən  kimya fabrikində partlayış baş verib. Partlayış yanğına səbəb olub. Yanğın fabrik yaxınlığındakı avtomobil zavoduna sıçrayıb. "Olaylar"ın Türkiyə bürosunun verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan yanğınsöndürmə komandası yanğına nəzarət etməkdə çətinlik çəkir. Yanğın hal-hazırda davam edir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31