Şəmkirdə talvar, Masallıda isə tikili yanıb
19 İyun 2015 13:05 KriminalŞəmkir rayonu, Düyərli kəndində vətandaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 100 ton ot bağlamasının 15 tonu yanıb. Fövqəladə Yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 250 kv.m olan talvarın lambirdən ibarət tavanı 20 kv.m sahədə əriyib. Talvarın, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Həmçinin Masallı rayonu, Digah kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 13 kv.m sahədə yanıb.. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31