Balakəndə 4 otaqlı evin 3-ü yanıb

Balakən rayonu, Meşəşambul kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 140 kv.m sahədə olan birmərtəbəli 4 otaqlı evinin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31