Talvar 6 ton otla birgə yanıb
18 İyun 2015 17:22 KriminalXaçmaz rayonu, Sayad kəndində vətəndaşa məxsus talvar yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 12 ton ot bağlamasının 6 tonu, ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konusturuksiyaları 4 kv.m sahədə yanıb. Ot bağlamasının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31