Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, nəticədə binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 64 kv.m olan 3 otaqlı mənzilin eyvanında şkaf və içərisinə yığılmış əşyalar 3 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31