Sərnişinlə dolu avtobus dərəyə yuvarlanıb, 12 nəfər xəsarət alıb

Hadisə nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Cənub bölgəsində sərnişin avtobusu qəza törədib. Anspress-in məlumatına görə, Ələt -Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində sərnişin abtobusu "Oka" markalı minik maşını ilə toqquşub.Nəticədə sərnişinlə dolu avtobus dərəyə yuvarlanıb. Hadisə zamanı avtobusda 28 sərnişin olub.Onların arasında 2 azyaşlının da olduğu deyilir. 12 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31