Bakıda daha bir qumarxana aşkar edildi

Faktla bağlı Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi ilə cinayət işi açılıb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarənin əməkdaşları sentyabrın 20-də Yasamal rayonu Z.Xəlilov küçəsində beşmərtəbəli binanın birinci mərtəbəsində qumarxana aşkar ediblər. Həmin ünvandan qumar oyunlarının keçirilməsi üçün texniki vasitələr - 22 ədəd kompüter dəsti və digər predmetlər aşkar edilərək götürülüb.Aparılmış istintaq zamanı müəyyən edilib ki, qeyd olunan ünvandakı qumarxana Bakı şəhər sakini Vəzir Qaranizadəyə məxsusdur. O, qumarxananı tanışları Nizami Qəmbərov və Kamran Babayevlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs kimi təşkil edərək saxlayıb. Qumarxana təxminən 2 ay müddətində fəaliyyət göstərib.Qəmbərov və Babayev elə həmin gün şübhəli şəxs qismində yaxalanaraq istintaqa cəlb olunublar. Qaranizadə isə iki gün sonra məsuliyyətə cəlb edilib.Sonrakı günlərdə Yasamal rayonu Naxçıvani küçəsində həmin dəstəyə məxsus daha bir qumarxana aşkar edilib və 12 ədəd kompüter dəsti götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi ilə cinayət işi açılıb. Qrupun digər üzvlərinin axtarışı istiqamətində əməliyyat-istintaq işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31