Azərbaycanda dəhşət: qızı atın quyruğuna bağlayaraq öldürdülər
Hadisənin intihar, yaxud qətl olduğu dəqiq biinmir
17 İyun 2015 11:47 KriminalCəlilabad rayonunda dəhşətli hadisə baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, rayonun Alar kəndində gənc qız faciəvi şəkildə ölüb.Deyilənlərə görə, qızı atın quyruğuna bağlayaraq uzun müddət yerlə sürüyüblər. Hadisə nəticəsində qız ölüb.Cəlilabad rayon polis şöbəsindən və Prokurorluğundan ANS PRESS-ə faktı təsdiqlədilər. Lakin hadisə barədə hələlik ətraflı məlumat verilməyib. Qızın kim tərəfindən atın quyruğuna bağlandığı bilinmir.Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31