Məhbusa sovqat gətirilən toyuğun içərisindən telefon çıxdı

Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə,
   həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4; 66-cı maddələri ilə təqsirli bilinərək 5 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vasif Tahir oğlu Abbasova vətəndaş Elvin Yamən oğlu Abbasovun gətirdiyi sovqata baxış keçirilən zaman iki ədəd toyuğun içərisindən hər birində 1(bir) ədəd "Nokia-6700c-1"  mobil telefon aparatı olmaqla, təxmini çəkisi bir kiloqram olan kərə yağının içərisindən 1(bir) ədəd "Nokia-5310" və 1(bir) ədəd "Nokia-6710c-1" mobil telefon aparatı, həmçinin 2(iki) ədəd mobil telefon üçün qidalayıcı batareya və 4(dörd) ədəd mobil telefon üçün elektrik qidalayıcının ucluqları aşkar edilərək götürülüb.   Fakt üzrə araşdırma aparılır. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31