Qadınları fahişəliyə cəlb edən tanınmış prodüser MƏHKƏMƏ QARŞISINDA
16 İyun 2015 17:52 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən prodüser Vəfa Vaqifqızının (Məmmədova) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı təyin 19-a təyin edilib.
Qeyd edək ki, tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızı (Məmmədova) qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, ona qarşı Cinayət Məcəlləsinin 144-cü ( insan alveri) maddəsi ilə cinayət işi başlanıb.
Vəfa Vaqifqızı əməkdar artist Nüşabə Ələsgərli, Nazənin, Mənzurə Musayevanın prodüserliyini edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31