Daxili orqanında heroin keçirmək istədi
16 İyun 2015 16:21 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşı Hacıyev Azər Ağasəlim oğlu saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından 2 ədəd ayrı-ayrı bükümlərdə, 1 ədəd bükümdə xalis çəkisi 0,764 qram olan narkotik vasitə - tiryək, digər bükümdə isə xalis çəkisi 8,864 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31