Azərbaycana qaçaqmal yolu ilə siqaret keçirmək istədilər
26 Sentyabr 2012 17:50 Kriminalİrandan Azərbaycana qaçaqmal yolu ilə siqaret keçirilməsinin qarşısı alınıb.Trend-in Dövlət Sərhəd Xidmətinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Yardımlı rayonu Abasalı kənd ərazisindəki zastavanın xidməti sahəsində 2 nəfərin Azərbaycanın İranla dövlət sərhədini pozmasının qarşısı alınıb.
Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq havanın dumanlı olmasından istifadə edərək geri - İran ərazisinə qaçıblar. Hadisə yerinə keçirilmiş baxış zamanı qaçaqmalçılara məxsus İsveçrə istehsalı olan 5 150 qutu müxtəlif çeşidli "Marlboro" və "Parlament" markalı siqaretlər aşkarlanaraq götürülüb.Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.