Qonaqdan döyüş sursatı çıxdı

Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə gömrük postunda İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı Kazemı Mıkaeıl Esrafıl oğlunun çamadanı "Heiman X-Ray" markalı rentgen yük-yoxlama qurğusundan keçirilən zaman monitorda 6 ədəd güllədən ibarət tapança darağına oxşar predmet görüüb. Dövət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, bundan sonra ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən, silah-sursatın olub-olmaması barədə sual verilib. O da öz növbəsində, gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan ediləsi heç bir predmetin olmadığını və çamadanında şəxsi geyim əşyalarının olduğunu bildirib. Beləliklə, Kazemı Mıkaeıl Esrafıl oğluna məxsus çamadana baxış zamanı onun içərisindəki karton üzlüklə çamadanın üst qapağının arasında olan boşluqdan, 1 ədəd 9 mm kalibrli 8 patron tutumlu tapança kompleks hissəsi kimi istifadə edilən sandıqça (daraq) və həmin daraqda olan, döyüş sursatı hesab edilən və atəşə yararlı 6 ədəd 9 mm kalibrli patron aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31