Bakıda limonad sexində yanğın olub, xəsarət alan var

Bakıda limonad sexində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda vətəndaşa məxsus su və limonad sexinin ərazisində 50 kvadratmetr sahədə məişət tullantıları və yaxınlıqda dayanmış "TOYOTA" markalı minik avtomobilinin arxa və yük hissəsi yanıb. Yanğın zamanı avtomobilin sahibi yanıq xəsarətləri alıb və ona yerində ilkin tibbi yardım göstərilib. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan sex yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31