Quba sakini Bakının mərkəzində qan tökdü
Mübariz İsayev iki nəfəri ölümünə bıçaqladı
5 May 2012 14:11 KriminalBakının mərkəzində bıçaqlanma hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə mayın 2-də Nəsimi rayonu ərazisində baş verib. Rayon ərazisində Quba rayon sakini Mübariz İsayev Bakı sakinləri Zaur Həbibov və Yalçın Rəhimovu bıçaqlayıb. Hadisənin törədən şəxs dərhal hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz İsayev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31