Bakıda ev qəfil partladı, xəsarət alan var
5 May 2012 14:10 KriminalBakıda mənzillərdən birində qəfil partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib. Rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı evdə qəfil partlayış baş verib. Hadisə nəticəsində evdə olan 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb, yanğın hadisəsi və dağıntı olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31