Baş prokuror Gülər Əhmədova ilə bağlı videonu araşdırmağa göstəriş verib

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış video görüntülərdə əks olunan məlumatların araşdırılması üçün Baş prokuror tərəfindən Bakı şəhər prokurorluğuna göstəriş verilib.Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ANS PRESS-ə verdiyi məlumata görə, müvafiq ekspertizalar keçirilib və digər zəruri prosessual araşdırmalar aparılacaq. Daha sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq.İctimaiyyətə əlavə məlumat veriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31