Bakıda milyonçular məhəlləsindən silah tapıldı
26 Sentyabr 2012 15:11 KriminalBakının milyonçular yaşayan məhəlləsindən silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Səbail rayonunun Badamdar qəsəbəsində baş verib. Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Badamdar qəsəbə sakini Ayəddin Həsənovun həyətindən 1 ədəd "Makarov" markalı tapança tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31