Saatlıda 2 yaşlı uşaq su kanalında boğulub öldü
26 Sentyabr 2012 15:09 KriminalSaatlıda iki yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 25-də Saatlı rayonunun Nərimankənd kəndində
baş verib. Kənd sakini, 2010-cu il təvəllüdlü Heydər Heydərov həyətindəki su kanalına düşərək boğulub. Valideynləri hadisədən gec xəbər tutduğundan uşağı xilas etmək mmkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31