Qanunsuz mobil telefon keçirilməsinin qarşısı alındı
10 İyun 2015 15:54 KriminalAzərbaycana qeyri-qanuni yolla mobil telefon keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Gürcüstan istiqamətindən "Маzımçay" gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Rəhimov Elxan Məhəmməd oğlunun idarə etdiyi "Hyundai accent" markalı, 10-OS-527 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.Yoxlama zamanı avtomobilin arxa oturacağının altından, həmin nəqliyyat vasitəsində sərnişin kimi gələn Rəsullu Zaur Mehman oğluna məxsus, gömrük nəzarətindən gizlədilən 8 ədəd "SONY" markalı mobil telefonlar aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31