FHN vətəndaşın barmağındakı üzüyü çıxardı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərində bir nəfər barmağındakı üzükləri çıxara bilmədiyi üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə gələrək kömək istəyib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın barmaqlarındakı iki üzüyü kəsərək çıxarıblar. Əməliyyat gecə saat 00:35-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31