İçərisində 23 ton tekstil sap olan şirkət maşını yanıb

Kürdəmir rayonu, Karrar kəndində "CASPİAN TRANS" şirkətinə məxsus "MERCEDES" markalı yük avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə maşının qoşqusunun yanar hissələri və qoşquda olan 23 ton tekstil sap yanıb. Yanğından yük avtomobili mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31