Bakıda gəlin toy günü öldü
Mərhum bəzənmək üçün gözəllik salonuna gedibmiş
10 İyun 2015 13:20 KriminalAzərbaycan paytaxtında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Bakının Zirə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Sail Bədirlinin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Vəsilə Qurbanova aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən V.Qurbanovanın toyu olacaqmış. O, toya hazırlaşmaq məqsədi ilə gözəllik salonundan gedibmiş. Qəza da onlar salondan qayıdarkən baş verib. Faktla bağlı Pirallahı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
***
Bakıda gəlin toyu günü yol qəzasında ölüb. Report-un məlumatına görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. Qəza zamanı Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün gözəllik salonuna gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib. Amma salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb.
Qeyd edək ki, qəza zamanı gəlinin yanında olan və şəxsiyyəti, hələ ki, məlum olmayan bir qadın da hadisə yerində dünyasını dəyişib. Qəza ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.