Xəyanətə dəhşətli qisas cavabı - DƏHŞƏT

Rusiyadan gələn ər arvadını amansızlıqla öldürdü

Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Şəmkir rayon Prokurorluğu məlumat yayıb. Məlumata görə, Şiştəpə kənd sakini, 1978-ci il təvəllüdlü Niyaməddin Məmmədov həyat yoldaşı 1983-cü il təvəllüdlü Bəsti Məmmədovanı "Mazda" markalı avtomobili ilə rayon ərazisində yaşayış olmayan sahəyə aparıb. Niyaməddin Məmmədov orada həyat yoldaşını xüsusi amansızlıqla döyüb sonra onun üstündən bir neçə dəfə avtomobillə keçərək qadını qətlə yetirib. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. N. Məmmədov saxlanaraq istintaqa təhvil verilib.

Şəmkir sakinlərinin "OLAYLAR"a verdiyi məlumata görə, qətli törədən Niyaməddin Məmmədov uzun illərdir ki, Rusiyada ticarətlə məşğul olurmuş və kifayət qədər imkanlıdır. Bu yaxınlarda Azərbaycana gələn N. Məmmədov həyat yoldaşının başqa şəxslə münasibətdə olduğunu eşidib və buna görə də onu qətlə yetirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31