Bakıda mənzildən 43000 dollar və külli miqdarda qızıl oğurlandı
Bakının Yasamal rayonunda mənzildən külli miqdarda pul oğurlanıb
26 Sentyabr 2012 12:20 KriminalRayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, naməlum şəxslər qapını xüsusi üsulla açaraq mənzildən 30000 manat, 5000 dollar, 20000 manat dəyərində qızıl və 3000 manata alınmış xəz kürkü oğurlayıblar.Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə ev sahibi 36 yaşlı Samir Abbasov məlumat verib. O deyib ki, dünən saat 11:00-dan 14 radələrinədək Ə.Cəmil küçəsi 65-dəki mənzilində olmayıb. Geri qayıdanda isə evi alt-üst edilmiş vəziyyətdə görüb.Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31