Azyaşlı uşağın əli ət maşınında qalıb
8 İyun 2015 14:39 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Daşkəsən rayonunda 1 nəfər azyaşlının əli ətçəkən məişət avadanlığında qalıb. Xəsarət alan azyaşlını Gəncə şəhəri, Kəpəz rayonundakı xəstəxanaya gətirilərək bu haqda Gəncə Regional Mərkəzinə məlumat verilib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib və köməksiz vəziyyətdə qalmış azyaşlının əlini ətçəkən məişət avadanlığından çıxarıblar. Uşaq aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31