Səbaildə vaqon yanıb

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus yaşayış üçün nəzərdə tutulmuş ümumi sahəsi 30 kv.m olan vaqonda yanğın baş verib. Fövəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə vaqonun yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31