Məhkumdan heroin götürülüb

Azərbaycan paytaxtında məhkumda narkotik aşkarlanıb. Hadisə Penitensiar Xidmətin Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin müəssisədə cəza çəkən 1984-cü il təvəllüdlü Əşrəf Sabir oğlu Həbibovdan 0.221 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31