Xətaidə 3 otaqlı ev əşyaları ilə birgə yanıb

Bakı şəhəri, Xətai rayonunda vətandaşa məxsus 3 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dəhlizində taxta konstruksiyadan quraşdırılmış rəflər və içərisindəki əşyalar 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31