Bakı şəhərində yeməkxana yanıb
3 İyun 2015 12:55 KriminalBakı şəhəri, Sabunçu rayonunda vətandaşa məxsus yeməkxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 kv.m olan yeməkxananın mətbəxində plastik qapı, pəncərə və yeməkxananın ətrafında 7 kv.m sahədə məişət tullantıları yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31