ŞOK! 13 yaşlı oğlan 7 yaşlı uşağı zorladı - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı oğlanı zorlamaqda ittiham olunan Xaçmaz rayon sakini, 13 yaşlı şəxsin cinayət işi üzrə məhkəmə başlayıb.  "OLAYLAR"ın məlumatına görə, məhkəmə prosesi qapalı keçirilib. Prosesdə ifadə verən F. M. elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, azyaşlı ilə könüllü şəkildə cinsi əlaqədə olub. Onun sözlərinə görə, azyaşlı ilə iki dəfə cinsi əlaqədə olub. Təqsirləndirilən şəxs azyaşlının anasının da əxlaqsız olduğunu bildirib: "Onun anası da əxlaqsız qadındır. Azyaşlı övladının yanında ayrı-ayrı kişilərlə cinsi əlaqədə olurdu".
Qapalı iclasda azyaşlı da anasının iştirakı ilə zərərçəkmiş qismində ifadə verib. O, qeyd edib ki, təqsirləndirilən şəxs onunla 6 dəfə cinsi əlaqədə olub. Qapalı məhkəmə iclası oktyabrın 1-də davam etdiriləcək.  İttihama görə, hadisə Xaçmaz rayonunun Qusarçay kəndində qeydə alınıb. 
Kənd sakini F. M. həmkəndlisi, 7 yaşlı T. N.-nı aldadaraq kəndin kənarındakı meşəyə aparıb və orada onunla cinsi əlaqədə olub. F. M. bu yolla bir neçə dəfə onunla cinsi əlaqəyə girib.
Faktla bağlı Cinayət Məcəlləsinin 153.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə cinayət işi başlayıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31