Nəsimidə yaşayış binasında yanğın olub

Bakı şəhəri Nəsimi rayonunda altımərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan obyektin mətbəxində aparat yanıb, yüksək temperaturdan soyuducunun bir hissəsi və qaz sayğacının üst hissəsi deformasiyaya uğrayıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31