Bakıda 1 milyon dollarlıq dələduzluq
Paytaxt sakininin etimadından sui-istifadə edən şəxs onun 965 000 dollarını alıb
30 May 2015 11:53 KriminalBakı sakininə qarşı küllü miqdarda dələduzluq edilib. APA-ın verdiyi məlumata görə, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov Rrayon Polis İdarəsinə müraciət edərək bildirib ki, onu aldadaraq vəsaiti talan edilib.Y.Abdullayev bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.Hazırda ərizə üzrə araşdırma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31