Bakıda dəhşət: 5 yaşlı qızı zorlayıb öldürdülər

Dəhşətli cinayəti törədən şəxs azyaşlı qızın 31 yaşlı öz qonşusu olub

Bakının Pirallahı rayonunda dəhşətli hadisə baş verib. Pirallahı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb. Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb. Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib. Çernov Viktoroviçi polis yaxalayıb.

Qeyd edək ki, hüquq mühafizə orqanlarının əməkdaşları APA-ya bildiriblər ki, qətlə yetirilən uşaq zorlanıbmış. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31