"Bakı bulvarı" restoranında silahlı insident: 4 nəfər yaralanıb
27 May 2015 13:12 KriminalMoskvanın "Bakı bulvarı" restoranında silahlı insident baş verib. APA-nın "LifeNews"a istinadən verdiyi məlumata görə, hadisəyə səbəb gənc oğlanın iki kişi və iki qadınla mübahisəsi olub. Sərxoş olan gənc restoranda atəş açıb, nəticədə mübahisə etdiyi 4 nəfəri yaralayıb. Lakin bununla münaqişə bitməyib. Hadisə şahidlərinin bildirdiklərinə görə, restoranın yerləşdiyi əraziyə avtomobillə qara maskalı şəxslər gəliblər. Onlar avtomatdan ətrafdakı maşınlara atəş açıblar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31