Suraxanıda bir-birinə bitişik 3 ev yanıb
Ölən və yaralanan var
26 May 2015 14:56 KriminalBakı şəhəri, Suraxanı rayonunda bir-birinə bitişik, ümumi sahəsi 129 kv.m olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə 1-ci ailəyə məxsus 1 otağın yanar konstruksiyaları 21 kv.m sahədə, 2-ci ailəyə məxsus 2 otağın yanar konstruksiyaları 42 kv.m sahədə, 3-cü ailəyə məxsus ümumi sahəsi 66 kv.m olan 2 otağın lambirdən ibarət tavanı və dam örtüyü 42 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1948-ci il təvəllüdlü Həlimova Tamella Yusif qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31