Qaradağ və Hacıqabulda ev yanıb
26 May 2015 14:52 KriminalHacıqabul şəhərində vətandaşa məxsus ümumi sahəsi 186 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin 32 kv.m dam örtüyünün yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Bakı şəhəri, Qaradağ rayonunda tikintisi başa çatmayan ümumi sahəsi 320 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində döşəmə və taxta materiallar 25 kv.m sahədə, 2-ci mərtəbəsində döşəmə və taxta materiallar 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31