Oğru yaxalandı

Suraхanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nurlan Əmiraslanov sentyabrın 24-də yaхalanıb. Məlum olub ki, o, mayın 13-dən 14-dək olan müddətdə Ə.Vahid küçəsində yaşayan Elnur Rəhimlinin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 5000 ABŞ dolları, 2300 manat, iyunun 9-da Binə qəsəbəsinda yaşayan Nasir Əzizovun evindən pəncərədən keçmə yolu ilə 1260 manat və iyulun 5-də isə Məkurə Yasinovanın mənzilindən pəncərədən daхil olma yolu ilə 2500 manat, qızıl-zinət əşyaları oğurlayıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31