“Mersedes”də sıxılmış vəziyətdə qalmış şəxs xilas edilib
25 May 2015 17:08 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq beton sədlərə çırpılıb. Nəticədə "Mercedes" markalı minik avtomobilində olan 1 nəfər sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31