Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə tikilinin ikinci mərtəbəsində 1 otağın döşəməsi 9 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31