Türkiyə vətəndaşı avtoqəzada dünyasını dəyişib
25 May 2015 17:00 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Haciqabul rayonu, Muğan qəsəbəsində "VOLVO" və "SHACMAN" markalı 2 yük avtomobili toqquşub. Nəticədə, "VOLVO" markalı yük avtomobilinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı olan 1970-ci il təvəllüdlü Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər Hamza Ötükün cəsədini avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31