Kürdəmirdə ev yanıb

Kürdəmir rayonu, Atakişili kəndində vətandaşa məxsus evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları və dam örtüyü 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Ağcəbədi rayonu, Hindarx qəsəbəsində vətandaşa məxsus həyətyanı sahadə tikilmiş ümumi sahəsi 60 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konustruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31