Bakıda marşrut avtobusu “KamAZ”la toqquşdu, yaralılar var

Bakıda ağır yol qəzası baş verib. "OLAYLAR" ın hadisə yerində olan əməkdaşının  verdiyi məlumata görə, hadisə bu gün saat 08.30 radələrində Binəqədi şossesi, "Söyüdlər" adlanan ərazidə qeydə alınıb.142 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu yük ilə dolu "KamAZ"la toqquşub. Nəticədə avtobusda olan 10-a yaxın sərnişin xəsarət alıb. Yaralananlar arasında azyaşlı uşaqlar da var. Qəza marşrut avtobusunun sürücüsünün günahı ucbatından baş verib.Hazırda hadisə yerində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31