Yanan qatarla bağlı açıqlama – RƏSMİ
21 May 2015 15:02 KriminalAzərbaycan dəmir yolunun Xızı rayonundan keçən hissəsində Keşlədən Yalama istiqamətində hərəkətdə olan sərnişin qatarında yanğın baş verib. Yayılan məlumatları Xızı rayonu İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov da təsdiqləyib. O, hadisənin dəmiryolunun Sitalçay və Yaşma qəsəbələri ərazisində meydana gəldiyini deyib. Azərbaycan Dəmir Yolları" QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, sərnişin və maşinistlər dərhal evakuasiya olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Araşdırma zamanı yanğına elektrik söndürülməmiş siqaret səbəb olub. Dəmir yolu yanğın bərpa qatarının vasitəsilə elektrik qatarında yanğın söndürülüb. Artıq xəttə üzrə yol açılıb, yanğın baş verən qatar depoya gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31