Bakıda bu il yol qəzalarında ölənlərin sayı 224 nəfərə çatıb
24 Sentyabr 2012 18:45 KriminalBakıda bu il ərzində yol qəzalarında 224 nəfər ölüb, 848 nəfər xəsarət alıb.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yanvarın 1-dən sentyabrın 23-dək paytaxtda 748 yol qəzası qeydə alınıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 hadisə, 34 xəsarət, 21 xəsarət azalma qeydə alınıb.Əsədov bildirib ki, ötən həftə Bakıda 22 yol qəzası baş verib və qəzalarda 4 nəfər ölüb, 40 nəfər yaralanıb.Ötən həftə yol hərəkəti qaydalarının pozuntusuna yol vemiş 7866 sürücü barəsində inzibati protokol tərtib olunub.nlardan 116-sı avtomobili sərxoş, 98-i sürücülük vəsiqəsi olmadan, 29-u dövlət nömrə nişansız idarə etdiyi üçün cəzalandırılıb.
Qayda pozuntularından 218-i işıqforun qırmızı işığını keçmə, 135-i avtomobili yüksək sürətlə idarə etmə, 802-si ötmə, manevr qaydalarının pozulması, 70-i sərnişindaşıma qaydalarının pozulması olub.